VOİCEPRESS-in məlumatına görə, bu barədə yerli “Pajvok” agentliyi xəbər verib.
Məlumata görə, radikal “Taliban” hərəkatının döyüşçüləri 64 hücuma görə məsuliyyəti üzərinə götürüb.
Daha əvvəl “Khaama Press” agentliyi xəbər verib ki, Əfqanıstanın xüsusi xidmət orqanının prezident seçkiləri günü “Taliban”ın 34 döyüşçüsünü zərərsizləşdirib, daha 18 “talibançı” saxlanılıb.
Şənbə günü Əfqanıstanda prezident seçkiləri keçirilib. Seçkilər “Taliban” radikal qruplaşmanın səsverməni pozmaq niyyəti haqqında bəyanatı fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şəraitində keçirilib.
VOİCEPRESS