DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Fikrət Yusifov: “Yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz”

"Düşünürəm ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra, növbəti ilin büdcəsininin gəlirlərinin neftdən asılılığını 55,1 faizə…

|
Fikrət Yusifov: “Yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz”

“Düşünürəm ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra, növbəti ilin büdcəsininin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildik. Ən azından ona görə ki, yaxın gələcəkdə neftin qiymətlərinin özünü necə apracağına heç kim təminatçı ola bilməz”.

Bunu VOİCEPRESS-ə sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O bildirib ki, 2014-cü ildə onun birdən birə dörd dəfəyə qədər azalacağını heç kim öncədən proqnozlaşdıra bilmədi: “Növbəti ildə neftin qiymətləri özünü necə aparacaq? Bura dünyanın siyasi müstəvisində baş verən prossesləri və həm də alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da əlavə etmək lazımdır. Biz bir dəfə neftin qiymətlərinin kəskin azalmasının yaratdığı fəsadların miqyasını gördük.

Milli valyutanın bir ildə iki kəskin devalvasiyasından sonra bütün iqtisadi və sosial göstəricilərimizin necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, büdcəyə yaxın olan, onu dərindən bilən hər kəs bunun fərqində olsun. Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var? Hesab edirəm ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür. Biz iri investisiya xərclərini birbaşa Dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən də həyata keçirə bilərik. Bu xəclər onsuz da Neft Fondundan Dövlət büdcəsinə ayrılacaq transferlər hesabına maliyyələşdiriləcək. Neft Fondunun büdcəsinə daxil olan vəsaitlər də dövlətə məxsusdur.

Ancaq biz bu xərcləri Dövlət büdcəsindən deyil, Dövlət Neft Fondunun büdcəsindən maliyyələşdirdikdə vəziyyət tamamilə dəyişir. Daha doğrusu bu variantda biz Neft Fondundan vəsaitləri investisiya layihələrinə o halda yatıra bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbində bu büdcəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir – biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır ya da tamamilə dayandırırıq. Belə olanda büdcə göstəricilərimizin kəskin pisləşməsinə yol verilmir.
Ancaq bu xərcləri büdcədə nəzərdə tutub icra etməyəndə, büdcənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxarır”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR