DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ev tikmək istəyənlərin nəzərinə: Torpaq bahalaşır – Video

Son günlər torpaq bazarında aktivlik müşahidə olunur. Hətta bəzi yerlərdə qiymətlər nisbətən qalxıb.VOİCEPRESS.AZ xəbər verir ki, əmlak ekspertləri Xəzər…

|
Ev tikmək istəyənlərin nəzərinə: Torpaq bahalaşır – Video

Son günlər torpaq bazarında aktivlik müşahidə olunur. Hətta bəzi yerlərdə qiymətlər nisbətən qalxıb.

VOİCEPRESS.AZ xəbər verir ki, əmlak ekspertləri Xəzər xəbər-ə açıqlamasında bildiriblər ki, son 2 ayıdır torpaq sahələrinin alınmasına maraq artıb və qiymətlər yanvar ayından etibarən 7 faizə qədər bahalaşıb.

Ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanıda müşahidə edilir.

Ekspertin bildirdiyinə görə, torpaq bazarında aktivliyin artmasının digər bir səbəbi də Bakıətrafı rayonlarda istixana və kiçik ferma təsərüffatlarına marağın artmasıdı.

Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub-olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq olur.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR