DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulası İstanbulda qəbul edib.

|
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulası İstanbulda qəbul edib.

VOİCEPRESS-in Türkiyə bürosunun verdiyi məlumata görə görüş noyabrın 28-də Dolmabahçe Prezident Ofisində baş tutub. Təxminən 35 dəqiqə davam edən danışıqlar mətbuata qapalı keçirilib.

Görüş zamanı Türkiyə-Yunanıstan ikitərəfli münasibətləri, regional məsələlər və iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Yunanıstan arasında bütün sahələrdə əməkdaşlıq üçün ciddi potensialın olduğunu bildirib. O, Egey dənizi və Şərqi Aralıq dənizinin sabitlik və rifah məkanına çevrilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti azlıqlar məsələsinin ilk növbədə humanitar müstəvidə həll edilməsinin əhəmiyyətinə də diqqət çəkib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.

Qeyd edək ki, bu, Konstantinos Tasulasın 2025-ci ilin martında prezident vəzifəsinə başlamasından sonra Ərdoğanla ilk rəsmi ikitərəfli görüşüdür.

Aysel İsgəndərova

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR