DOLAR
50,77 ₺
EURO
55,69 ₺
STERLİN
66,76 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Bakıda yeni yarmarka fəaliyyətə başladı – FOTOLAR

Ötən gün paytaxtın Fəvvarələr meydanında ənənəvi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.

|
Bakıda yeni yarmarka fəaliyyətə başladı – FOTOLAR

Ötən gün paytaxtın Fəvvarələr meydanında ənənəvi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb.

VOİCEPRESS xəbər verir ki, bu il yeni konseptlə təqdim olunan yarmarka “Qış dostu” adlanır. Yarmarkanın əsas simvolları olan ayı və pinqvin dostluğun və həmrəyliyin dünyanı daha gözəl etdiyini nümayiş etdirir.

Bu il yarmarkanın ərazisi genişləndirilib. Ziyarətçilər üçün 60 böyük və 20 kiçik dekorativ ev, üç fotoköşk, üç ikimərtəbəli restoran, xüsusi oyun və əyləncə zonası yaradılıb. İlk dəfə olaraq ərazidə xüsusi dizayn edilmiş 11 rəngarəng metal konteyner də quraşdırılıb.

Qeyd edək ki, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası 2027-ci il yanvarın 5-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş ödənişsizdir.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR