Daha bir etiraz isə Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahimdən gəlib.
Makedoniyalı siyasətçi onları sərt tənqid edib:
“Təəssüf edirəm ki, həmin Türkiyə vətəndaşları işğalçı Ermənistanın əməllərinə haqq qazandırırlar. Bu, səfər düşmən dəyirmanına su tökməkdir. Həmçinin, onlar beynəlxalq qanunları pozublar. Beynəlxalq hüquqda Dağlıq Qarabağ rejimi tanınmır. Qarabağ torpaqları Ermənistan tərəfindən qanunsuz olaraq işğal olunub və bu gündə işğal davam etməkdədir”,-deyə E.İbrahim vurğulayıb.
Elnur Eltürk
VOİCEPRESS.AZ