DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ekspert: “”Aİ-92″ markalı benzinin qiymətinin yüksələcəyi çoxdan gözlənilirdi”

""Aİ-92" markalı benzinin qiymətinin yüksələcəyi çoxdan gözlənilirdi. Bunun "Aİ-95" markalı benzinin qiyməti 1 manat 15 qəpik edildikdən sonra qaçılmaz olduğu…

|
Ekspert: “”Aİ-92″ markalı benzinin qiymətinin yüksələcəyi çoxdan gözlənilirdi”

“”Aİ-92” markalı benzinin qiymətinin yüksələcəyi çoxdan gözlənilirdi. Bunun “Aİ-95″ markalı benzinin qiyməti 1 manat 15 qəpik edildikdən sonra qaçılmaz olduğu əyani görünürdü”.
VOİCEPRESS xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib. O qeyd edib ki, “Aİ-95” kənardan gətirilir, yəni idxal olunur. “Ancaq bunun məsələyə heç bir dəxli yoxdur. Əvvəla, bizdə sonuncu adı çəkilən benzin markası ilə “Aİ-98” markalının qiymətləri sərbəst tənzimlənsə də, digər bütün növ yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. İkincisi də ki, “Aİ-95” ilə “Aİ-98” markalı benzinlərin daxili bazarda alıcılarının sayı olduqca cüzi pay təşkil edir. Və “Aİ-95” bahalışdıqdan sonra onun da istifadəçilərinin çox hissəsi “Aİ-92”-yə keçmişdi. Bir sözlə desəm, bu gün Azərbaycanın benzin satışı üzrə daxili bazarında 90-95 % tələbat məhz “Aİ-92” markalı benzin üzrədir.
Ölkəmiz qeyd etdiyim kimi kənardan yanacaq idxal etsə də, xaricə benzin sata bilmir. Çünki daxili tələbat buna imkan vermir. Üstəlik, istehsal özü də inkişaf etmir, əksinə azalır… Çünki texnologiya köhnədir, modernizasiya əlavə xərclər tələb edir. Belə şəraitdə nə əhəmiyyəti vardır ki, Azərbaycan neft ölkəsidir?! Yəni, bu arqumenti sözügedən mövzuda “saqqız kimi çeynəmək” əslində, məkrli mövqedir… 2016-cı ildə Azərbaycanda 1 milyon 153 min ton avtomobil benzini istehsal olunduğu deyilir. Bu, 2015-ci ilə nisbətən 6%-ə yaxın az istehsal deməkdir. 2017-ci ilin yanvar-may aylarında isə 524,1 min ton benzin istehsal olunub ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.
Ancaq, manatın dəyəri enib axı. 2015-ci il ərzindəki 2 devalvasiyadan, hansı ki, ABŞ dollarına nəzərən birinci 34 %, ikinci isə 47 % təşkil etdi, daxili istehsala məxsus demək olar, heç bir növ yanacaq məhsulunun qiyməti qaldırılmamışdı. Üstəlik, Neft Şirkətinin (SOCAR) özünün də vəziyyəti qənaətbəxş sayılmır. Neft hasilatı enir, emal müəssisələri köhnədir -modernləşdirmə üçün vaxt və vəsait tələb olunur, son 3 ildə yaranmış yeni iqtisadi sitiuasiya ilə əlaqədar olaraq isə şirkətin gəlirləri azalıb, dövlət büdcəsi qarşısında öhdəliklərisə artıb və sair. Belədə dövlət nə etməlidir və yaxud etməli idi ?! Təbii ki, tarifi qaldırmağı.
Ötən il və ondan əvvəlki ildə ölkəyə minik avtomobillərinin idxalı da azalmışdır. Bununla belə, 2016-cı ilin sonuna Azərbaycanda avtomobil parkının sayı 1 milyon 347 min 812 ədəd təşkil edib və ötən il 10 min 457 avtomobil ilkin qeydiyyata alınıb. Neftin qiymətinin cüzi artması ilə ölkəyə avtomobil idxalının dərhal yüksəlməyə başladığı müşahidə edilir… Halbuki, bu sahədə idxalı məhdudlaşdırmaq üçün bir sıra əlavə tədbirlər də görülmüşdür. Demək, tendensiya xeyli zəifləsə də, əvvəlki tempinə doğru qayıtmaq üçün ənənvi şansını saxlayır. Sözüm bunda deyil.
Bəli, yanacağın qiyməti artmalı idi. Yəni, bu, qaçılmaz sayılırdı. Və burada müsbət və mənfi olan məqamlar nədir?! Müsbət olan odur ki, yaxşı ki, sözügedən addım məhz ilin bu vaxtında atıldı. Belə ki, inflyasiyaya və qiymət artımlarına müvafiq təsirlərin az və zəif olan məqamında. Çünki üzü sentyabr və payız mövsümünə doğru onsuz da həmişə bahalaşma baş verir. İkinci müsbət cəhət isə odur ki, valyuta bazarında da sükunət hökm sürməkdədir.
Mənfi cəhətlərə gəldikdə isə qiymətlər nisbətən yüksələcək. İnflyasiyanı 2 rəqəmli səviyyədən endirmək çətin olacaq. Ola bilsin ki, manatın da məzənnəsi üçün əlavə neqativ təsir ortaya çıxacaq. Ancaq düşünürəm ki, ilin sonuncu 3 ayının başlanğıcına yaranacaq gərginlik dalğası istənilən halda yatacaq”.


Aysel İsgəndərova

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR