DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Duqindən sensasion açıqlama: Ərdoğana bir şərtimiz var – Video

İdlib məsələsi Ərdoğana təhdid yarada bilər. VOICEPRESS xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib. “Türk…

|
Duqindən sensasion açıqlama: Ərdoğana bir şərtimiz var – Video

İdlib məsələsi Ərdoğana təhdid yarada bilər.

VOICEPRESS xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə müsahibəsində rusiyalı filosof Aleksandr Duqin deyib.

“Türk geosiyasəti üçün İdlibdə israrlı olmaq intihardır. FETÖ da məhz Suriyada Rusiya ilə Türkiyənin üz-üzə gəlməsini və Qərbin Suriyaya müdaxilə etməsini istəyir. Bu, Türkiyəyə qarşı gerçəkləşdirilən yeni çevriliş ola bilər. Davudoğlunun komandası Ərdoğana təsir göstərməyə, onu ABŞ-ın maraqlarına doğru çəkməyə çalışır. Buna təslim olmaq düşmənə təslim olmaqdır, intihar etməkdir.

Bu,təyyarə böhranından daha ciddi vəziyyətdir. Türkiyə Rusiyanın strateji tərəfdaşıdır, amma bu vəziyyət bütün əlaqələri pisə doğru aparır. Bu, sadəcə Ərdoğana deyil, Türkiyəyə də zərər verə, Qərbin Türkiyədəki maraqlarını reallaşdırmasının önünü aça bilər”, – deyə o bildirib.

Duqin Rusiyanın Türkiyə ilə savaş istəmədiyini söyləyib:

“Rusiya Türkiyə ilə savaşdan qaçır. Yalnız bir şərtimiz var, o da Türkiyənin İdlibdən çəkilməsidir. Putin Ərdoğanla İdlibdən başqa hər məsələni müzakirə edə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR