Ərdoğan mesaj verdi, türk ordusu raket zərbələri endirdi
Türkiyə Silahlı Qüvvələri Hələbin qərbində yerləşən Əsəd rejiminin hədəflərini raket zərbələri ilə vurub. VOİCEPRESS xəbər verir ki, bu barədə “Yeni Akit” məlumat yayıb. Bildirilir ki, bu gün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın mesajından sonra bölgədə gərginlik pik həddə çatıb. Qeyd edək ki, bir müddət öncə Ərdoğan türk əsgərlərinə hücum olacağı təqdirdə Əsədin qüvvələrini vuracaqlarını bəyan edib.