DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ATU-da bu ixtisas niyə yaradıldı? – Ekspert açıqladı

Azərbaycan Tibb Universitetində tibb bacısı ixtisasının yaradılması bu sahədə daha peşəkar kadrların yetişməsi baxımdan mühüm əhəmiyyət kəsb edir…

|
ATU-da bu ixtisas niyə yaradıldı? – Ekspert açıqladı

Azərbaycan Tibb Universitetində tibb bacısı ixtisasının yaradılması bu sahədə daha peşəkar kadrların yetişməsi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bunu VOİCEPRESS-in açıqlamasında təhsil eksperti İlkin Həsənov deyib.

Ekspert sözügedən ixtisasa dünyada, eləcə də ölkəmizdə böyük ehtiyacın olduğunu bildirib:

“Dünya ölkələrinə baxdıqda görürük ki, tibb bacısı ixtisasına böyük ehtiyac var. Tibb bacısı ixtisası kollec və peşə məktəblərində tədris olunur. Amma qeyd etmək lazımdır ki, bu ixtisas böyük məsuliyyət tələb edir. Onun Azərbaycan Tibb Universitetində (ATU) ixtisas olaraq yenidən yaradılması, ali səviyyədə tədris olunması əslində çox yaxşı haldır. Yəni kollec və peşə məktəblərində verilən təhsillə ali məktəbdə verilən təhsil arasında fərq olur. Çünki ATU-nun xəstəxanalarında praktik bazalardan istifadə edərək yetişir”.

Ekspert bildirib ki, hazırda yeni yaradılmış bu ixtisasın proqramı üzərində işlər aparılır:

“Bir məqamı da diqqətinizə çatdırım ki, bu proqramların 3-5 ildən bir yenilənməsi zəruridir. Bu da dövrün tələbinə uyğunlaşmaqdan irəli gəlir. Ümumiyyətlə, zaman-zaman bütün universitetlərdə tələbata uyğun olaraq həm ixtisaslar, həm də onların proqramları yenilənməlidir”.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində bundan sonra tibb bacısı ixtisası üzrə də təhsil almaq mümkün olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR