Türkiyədə son sutkada 193 nəfər koronavirusdan vəfat edib
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 193 nəfər ölüb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 9877 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 10 102, ağır xəstə sayı isə 3612 nəfər olub. Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən […]