ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycanda səfərdədir
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir. Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, o, Bakıda səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi, siyasi və digər tərəfdaşları ilə görüşəcək. […]