DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bu qədər vaxtınız qalıb – Kalın Finlandiya və İsveçə səsləndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib. Türkiyə…

|
Bu qədər vaxtınız qalıb – Kalın Finlandiya və İsveçə səsləndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NATO-ya üzvlük prosesi davam edən iki Skandinaviya ölkəsinə xəbərdarlıq edib.

Türkiyə mətbuatı xəbər verir ki, Kalın parlamentdə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı sənədin təsdiqi üçün az vaxt qaldığını açıqlayıb.

“Bizdə növbəti parlament seçkiləri yaxınlaşdığı üçün vaxt məsələsi var. İsveç və Finlandiya NATO-ya tezliklə üzv olmaq istəyirsə, onların 2 ay və 2 ay yarım vaxtı qalıb”, – deyə Ərdoğanın sözçüsü vurğulayıb.

Qeyd edək ki, NATO-ya üzvlük alyans çərçivəsində konsensus yolu ilə mümkün olduğu üçün İsveç və Finlandiyanın təşkilata qoşulmasına Türkiyənin razılığı lazımdır. Rəsmi Ankara terrorla mübarizədə əməkdaşlıqdan yayındığı üçün bu iki ölkənin üzvlük prosesini dəstəkləmirdi. Daha sonra əldə olunan razılaşmaya görə, İsveç və Finlandiya müəyyən öhdəlikləri yerinə yetirəcəyi təqdirdə Türkiyə onların NATO-ya üzvlüyünə etiraz etməyəcəyini bəyan edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR