Saakaşviliyə Niderland sahib çıxdı – Şəxsiyyət vəsiqəsi verildi
Ukraynadan çıxarılan Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib.VOICEPRESS-in verdiyi xəbərə görə, bu barədə Saakaşvili sosial şəbəkədəki hesabından məlumat yayıb. O, Amsterdamda kimliyini təsdiq edən sənəd əldə etdiyini bildirib.Saakaşvilinin sözlərinə görə, artıq onun Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi var. Lakin o, Ukrayna vətəndaşlığını bərpa etməkdə israrlı [...]