İRANDAN QUŞ ƏTİ İDXALINA QADAĞA QOYULDU – “QUŞ QRİPİ” TƏHLÜKƏSİ
Quşların qapalı və baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması tövsiyə olunurKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında "quş qripi” xəstəliyi qeydə alınıb.DBNX-nin mətbuat xidmətindən [...]