Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu
Azərbaycanın Braziliyadakı səfirliyi paytaxt Braziliya şəhərində xeyriyyə məqsədilə keçirilən növbəti diplomatik yarmarkada iştirak edib.VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, səfirliyin yarmarkadakı guşəsində “Made in Azerbaijan” brendi altında istehsal edilən məhsullar, Azərbaycanın mədəniyyətinə, adət-ənənələrinə dair müxtəlif suvenirlər, kiçik xalçalar, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, həmçinin ölkəmizə aid müxtəlif təbliğat materialları sərgilənib və paylanılıb. Azərbaycan guşəsini ziyarət edənlər, [...]