DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Dollar bir gecədə bahalaşdı

Banklararası ticarətdə dollar yenidən bahalaşıb. VOİCEPRESS-in fins.az-a istinadən verdiyi məlumata görə, may ayının 11-də "Bloomberg" terminalında dollar…

|
Dollar bir gecədə bahalaşdı

Banklararası ticarətdə dollar yenidən bahalaşıb. VOİCEPRESS-in fins.az-a istinadən verdiyi məlumata görə, may ayının 11-də “Bloomberg” terminalında dollar 1.6838 manata qədər yüksəlib. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,34% dəyər qazanması deməkdir.

Qeyd edək ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.6775 manat məzənnəsi ilə yekunlaşmışdı. Onu da xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini “Bloomberg” platformasında əks etdirir. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks “Bloomberg” ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Bu arada, mayın 11-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi, mayın 10-u ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub, avro/manat məzənnəsi isə 1.8508 manata düşüb. Mayın 10-da rəsmi olaraq 1 dollar 1,7026 manata, 1 avro isə 1.8544 manata bərabər idi. Bu gün isə Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. Bu günə olan rəsmi valyuta məzənnələrini təqdim edirik:

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR