Problemlərin aradan qaldırılması üçün ciddi addımların atılması vacibdir.
VOİCEPRESS xəbər verir ki, bu sözləri “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfransda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
MŞ sədri dil qaydalarını pozanların cərimə olunmasını təklif edib:
“Biz təklif edirik ki, Azərbaycan dilinin normalarının pozulmasına görə cərimələr tətbiq olunsun. Məsələn, Fransada ana dili normalarının pozulmasına görə cərimə nəzərdə tutulur. İndi media orqanlarının, media rəhbərlərinin üzərinə böyük məsuliyyət qoyulmalıdır. Xüsusən mediada Azərbaycan dilindən istifadə məsələsində problemlərin qarşısı alınmalıdır. Qanunvericiliyin tələblərinə riayət edilməsinə diqqət yetirilməlidir”.
VOİCEPRESS.AZ