DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Cənubi Koreya Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlıqda maraqlıdır

Cənubi Koreya şirkətləri Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlıqda maraqlıdır.VOİCEPRESS bildirir ki, bunu jurnalistlərə Cənubi Koreyanın Azərbaycandakı…

|
Cənubi Koreya Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlıqda maraqlıdır

Cənubi Koreya şirkətləri Azərbaycanla gəmiçilik sahəsində əməkdaşlıqda maraqlıdır.

VOİCEPRESS bildirir ki, bunu jurnalistlərə Cənubi Koreyanın Azərbaycandakı səfirinin müavini, müşavir-elçi Kvon Donq-sok deyib.

Onun sözlərinə görə, bu məsələ sentyabrın 13-ü Bakıda keçiriləcək Azərbaycan-Cənubi Koreya işgüzar görüşü zamanı müzakirə olunacaq.

Səfir müavini qeyd edib ki, əməkdaşlıq məsələlərinin müzakirə olunması üçün Cənubi Koreyanın 10 iri şirkətinin nümayəndəsi Azərbaycana səfər edəcək: “Son dövrlərdə Azərbaycanda gəmiçilik sahəsinə böyük diqqət ayrılır, ölkə çoxlu sayda gəmi əldə edir. Bununla bağlı olaraq Cənubi Koreya şirkətləri Azərbaycanla əməkdaşlığı təşkil etmək niyyətindədir”.

Diplomat həmçinin vurğulayıb ki, Cənubi Koreya şirkətləri Azərbaycanda sənaye parklarına da maraq göstərir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR