DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Cozep Borrell və Cavad Zərif arasında telefon danışığı olub

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif…

|
Cozep Borrell və Cavad Zərif arasında telefon danışığı olub

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

VOICEPRESS-in xəbərinə görə, bu barədə Cozep Borrell “Twitter”də bildirib.

“İranın Xarici İşlər naziri Cavad Zəriflə telefon söhbətində koronavirus barədə danışdıq. Aİ-nin İranla həmrəy olduğunu və dəstəyini bir daha ifadə etdim. Ötən bazar İrana tibbi avadanlıqların ilk hissəsini göndərdik”, – deyə Aİ rəsmisi qeyd edib.

C. Borrell deyib ki, o, İran XİN başçısı ilə Hərtərəfli Birgə Fəaliyyət Planını da müzakirə edib və onlar ötən həftə Vyanada keçirilən Birgə Komissiyanın görüşünün nəticələrini müzakirə ediblər, Atom Enerjisi üzrə Beynəlxalq (AEBA) Agentliyin son hesabatı barəsində danışıblar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR