DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Çavuşoğlu Mirzoyanla görüşündən DANIŞDI: “Regionda sülhün olması hər birimizin xeyrinədir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşünün nəticəsinə dair açıqlama verib. Voicepress.az-ın…

|
Çavuşoğlu Mirzoyanla görüşündən DANIŞDI: “Regionda sülhün olması hər birimizin xeyrinədir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşünün nəticəsinə dair açıqlama verib.

Voicepress.az-ın məlumatına əsasən, M.Çavuşoğlu jurnalistlərə bildirib ki, Mirzoyanla görüş səmərəli və məhsuldar olub.

“Türkiyə və Ermənistanın münasibətlərin normallaşması üçün təyin etdiyi xüsusi nümayəndələr iki dəfə görüşüblər. Görüşün biri Moskva, digəri isə Vyanada baş tutub.

Biz Cənubi Qafqazda sülh və sabitlik üçün səy göstərməkdəyik. Regionda sülhün olması hər birimizin xeyrinədir. Erməni həmkarım ilə bu mövzuda danışdım”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Nazirin sözlərinə görə, Türkiyə ilə Ermənistan ikitərəfli münasibətləri inkişaf etdirmək üçün təmasları davam etdirəcək.

Çavuşoğlu qeyd edib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Qeyd edək ki, Çavuşoğlu-Mirzoyan görüşü mətbuata qapalı keçirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR