Koronavirus (Kovid-19) aşkar edilən 93 yaşlı qadın 13 günlük müalicədən sonra sağalıb.
VOİCEPRESS tibb işçiləri qadının Gyeonqsanq bölgəsində bir xəstəxanada müalicə olunduğunu bildirib. Bir neçə gün öncə isə qadının evə buraxıldığını deyiblər.
Qeyd edək ki, ölkədə 3 min 166 nəfərin koronavirusa qalib gəldiyi bildirilir. Virusa qalib gələn ən yaşlı xəstənin isə 93 yaşlı qadın olduğu açıqlanıb. Ölkədə 8 min 961 nəfər koronavirusa yoluxub və onlardan 111 nəfəri həyatını itirib.