DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Budapeşt “Facebook” şəbəkəsini cərimələyib – 36 milyon avro

Macarıstanın antiinhisar agentliyi “Facebook” şəbəkəsini 1,2 milyard forint (36 milyon avro) cərimə edib.Bu cərimə Mark Sukerberqin məhsulunun macarıstanlı…

|
Budapeşt “Facebook” şəbəkəsini cərimələyib – 36 milyon avro

Macarıstanın antiinhisar agentliyi “Facebook” şəbəkəsini 1,2 milyard forint (36 milyon avro) cərimə edib.

Bu cərimə Mark Sukerberqin məhsulunun macarıstanlı istifadəçiləri çaşdırması ilə bağlıdır. Şirkət öz xidmətlərinin pulsuz olduğunu vəd etmişdi.

Agentliyin fikrincə, “Facebook” öz xidmətlərini bu platformanın baş səhifəsində və sorğu mərkəzində pulsuz xidmətlər kimi reklam etməklə qanunu pozub. Doğrudur, istifadəçilər bu servisdən istifadə etməyə görə pul ödəməli deyildi, lakin “Facebook” istifadəçilərin məlumatı və fəallığı sayəsində gəlir əldə edirdi.

Platforma öz elanlarına düzəlişlər etməyə başlayıb. Şirkətin Macarıstandakı ofisindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, onlar yaxın vaxtlarda biznes model ilə bağlı qaydaları və şərtləri dəyişiblər və indi həmin qayda və şərtlər ölkənin antiinhisar orqanının tələblərinə uyğundur.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR