DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

BMT: Livanda hələ də 1,5 milyonadək suriyalı qaçqın var

Hazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır.VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Livandakı…

|
BMT: Livanda hələ də 1,5 milyonadək suriyalı qaçqın var

Hazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır.

VOİCEPRESS.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Livandakı humanitar missiyasının əlaqələndiricisi Filip Lazzarini mətbuat konfransında deyib.

“Bildiyiniz kimi, qaçqınların rəsmi qeydiyyatı 2014-cü ilin sonunda başa çatdırılıb. Belə ki, ölkə ərazisində qaçqınların sayı 950 mindən artıqdır, biz onların həqiqi sayının 1,2-1,3 milyon arasında ehtimal edirik. Hərçənd 1,5 milyon olmasına dair də fikirlər var”, – deyə BMT rəsmisi bildirib və əlavə edib ki, hələlik Suriyaya əhəmiyyətli geri axın nəzərə çarpmır.

“Rəsmi məlumatlara görə, 2018-ci ildə Suriyaya 16-17 min nəfər, əvvəlki il 14 min nəfər dönüb. Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim. Hələlik bundan uzağıq” – deyə əlaqələndirici bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR