DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Belarus Ali Məhkəməsi Lapşinin işinə fevralın 7-də baxacaq

Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair Baş Prokurorluğun…

|
Belarus Ali Məhkəməsi Lapşinin işinə fevralın 7-də baxacaq

Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair Baş Prokurorluğun qərarından verilmiş şikayətə sabah fevralın 7-də baxacaq.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə işə yerli vaxtla saat 10:00-da qapalı rejimdə baxacaq, ancaq hökmün elan edilməsi mətbuata açıq olacaq. Lapşinin vəkilləri ekstradisiya qərarından şikayət veriblər, Minsk şəhər məhkəməsi qərarı qüvvədə saxlayıb. Daha sonra vəkillər Ali Məhkəməyə müraciət ediblər.

Belarus prezidenti Aleksandr Lukaşenko ötən həftə bəyan edib ki, Lapşinin Azərbaycana təhvil verilməməsi üçün heç bir əsas yoxdur və mətbuat bu məsələni şişirtməməlidir. Bloqer Qarabağa qanunsuz səfər etməkdə və Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq çağırışlarda ittiham olunur.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR