DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

BƏƏ-nin energetika naziri Qətərin OPEC-dən çıxmasını şərh edib

"Düşünmürəm ki, Qətərin OPEC-dən çıxması OPEC+ sazişinin gələcək taleyinə və ya neft istehsalının səviyyəsinə təsir edəcək".VOİCEPRESS.AZ xəbər verir ki, bunu…

|
BƏƏ-nin energetika naziri Qətərin OPEC-dən çıxmasını şərh edib

“Düşünmürəm ki, Qətərin OPEC-dən çıxması OPEC+ sazişinin gələcək taleyinə və ya neft istehsalının səviyyəsinə təsir edəcək”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheyl əl-Mazrui deyib.

Onun sözlərinə görə, Qətərin hazırkı neft hasilatı səviyyəsi az olduğundan təşkilata təsir qüvvəsi o dərəcədə deyil.

Qeyd edək ki, dünən Qətərin enerji işləri üzrə dövlət naziri Səəd bin Şrida əl-Kəəbi 57 ildir OPEC üzvü olan Qətərin 2019-cu il yanvarın 1-dən təşkilatdan ayrılacağını açıqlayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR