DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Barama istehsalı ilə məşğul olan şəxslərə eyni məbləğdə subsidiya veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 2337…

|
Barama istehsalı ilə məşğul olan şəxslərə eyni məbləğdə subsidiya veriləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən sərəncamın 2.1-ci bəndində “növündən asılı olaraq” sözləri çıxarılır:

“2.1. barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;”

Beləliklə, barama istehsalı ilə məşğul olan şəxslərə yaş baramanın hər kiloqramına görə növündən asılı olmayaraq eyni məbləğdə subsidiya veriləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR