VOİCEPRESS olaraq sizə paytaxtın pulsuz internet bağlantısı ilə təmin olunmuş məkanlarının siyahısını təqdim edirik:
“Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Parkı, “İçəri şəhər”, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, Dədə Qorqud, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən park (Fashion Avenue)”.
Rəsmi məlumata görə, “İzmir” parkı və Nərimanov metrostansiyasının yaxınlığındakı parkda da tezliklə pulsuz vay-fay aktiv ediləcək.
Qeyd edək ki, ərazilərin pulsuz internetlə təmin olunması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində həyata keçirilir.
VOİCEPRESS.AZ