DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Bakı Metropoliteni” Almaniya nəhəngindən 25 sürətli eskalator alır

Almaniyanın "Thyssenkrupp Elevator" şirkəti "Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında Azərbaycana 25 ədəd yüksəksürətli eskalator göndərəcək.VOİCEPRESS…

|
“Bakı Metropoliteni” Almaniya nəhəngindən 25 sürətli eskalator alır

Almaniyanın “Thyssenkrupp Elevator” şirkəti “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında Azərbaycana 25 ədəd yüksəksürətli eskalator göndərəcək.

VOİCEPRESS xəbər verir ki, alman şirkəti müvafiq tenderin qalibi elan olunub.

Alınan 8 eskalator “Sahil” və “Xətai” stansiyaları, digər 17 eskalator isə yeni açılacaq stansiyalardan biri üçün nəzərdə tutulub.

“Xətai” stansiyası üçün nəzərdə tutulan 4 eskalatorun uzunluğu 48,7 metr təşkil edir və bu, “Thyssenkrupp” tərəfindən indiyədək istehsal olunan ən uzun eskalatorlardır.

Şirkətdən bildirilib ki, müqavilənin dəyəri onlarla milyon manat təşkil edir.

Yeni eskalatorların quraşdırılması Bakı metrosunun ötürücülük qabiliyyətini 30% artıracaq. Beləliklə, il ərzində metro ilə daşınan sərnişinlərin sayı 222 mln. nəfərə çatacaq.

Qeyd edək ki, “Thyssenkrupp Elevator” şirkətinin dünya üzrə 900-dən çox nümayəndəliyi var.

Bakı metrosu 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropolitenin iki xətti üzərində 25 stansiya yerləşib. 2030-cu ilədək Bakı metrosunun stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR