DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanı məğlub etməyə çalışacağıq – Yarolim

Düşünürəm ki, komandanı oyuna yaxşı hazırlamışam. Azərbaycan milli komandası ilə sabahkı oyunda qalib gəlməyə çalışacağıq. Əsas diqqətimizi oyunun ikinci…

|
Azərbaycanı məğlub etməyə çalışacağıq – Yarolim

Düşünürəm ki, komandanı oyuna yaxşı hazırlamışam. Azərbaycan milli komandası ilə sabahkı oyunda qalib gəlməyə çalışacağıq. Əsas diqqətimizi oyunun ikinci hissəsinə yönəldəcəyik.

VOİCEPRESS xəbər verir ki, bu sözləri futbol üzrə Çexiya milli komandasının baş məşqçisi Karel Yarolim oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Həqiqət budur ki, hazırda 9 xalımız var. Daha çox xal toplamağa çalışacağıq. Sabah oyunda komandanın heyətində ciddi dəyişiklik olmayacaq. Azərbaycan milli komandasının oyuna tam hazır olduğunu bilirik. Komandanın heyətində güclü futbolçular var”.

Çexiya millisinin üzvü Marek Suxi isə oyunla bağlı fikirlərini bölüşərkən deyib: “Sabah əsas məqsədimiz qalib gəlməkdir. Azərbaycan komandası haqqında məlumatlarımız müsbətdir. Dünya çempionatında iştirak edə bilməsək də, bunda sonra keçirəcəyimiz oyunlarda maksimum nəticə göstərməyə cəhd edəcəyik. İki tərəfin də qrupdan çıxmaq şansı olmasa da, biz bu oyuna tam güclə hazırlaşmışıq”.

Mətbuat konfransından sonra Çexiya millisi oyundan əvvəl sonuncu məşqini keçirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR