DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycanda “Ağıllı istixana” yaradıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "ağıllı istixana" yaradıb.VOİCEPRESS.AZ bildirir ki, bunu Trend-ə layihəyə yaxın olan Rusif…

|
Azərbaycanda “Ağıllı istixana” yaradıldı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri “ağıllı istixana” yaradıb.

VOİCEPRESS.AZ bildirir ki, bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib.

Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: “Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz “ağıllı istixana” layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik”.

“Ağıllı istixana” istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR