DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

Oktyabrın 16-da Azərbaycanın paytaxtı Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb.VOİCEPRESS.AZ bildirir ki, ilk birbaşa aviareysin…

|
Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

Oktyabrın 16-da Azərbaycanın paytaxtı Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb.

VOİCEPRESS.AZ bildirir ki, ilk birbaşa aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri “Buta Airways”in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk ölkə olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, avıaşirkətin digər istiqamətlər kimi 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR