DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Azərbaycan və Avstraliya ticarət əlaqələrini artırmalıdır”

"Azərbaycan və Avstraliya ticarət əlaqələrini iki ölkə arasındakı mövcud siyasi münasibətlərin səviyyəsinədək yüksəltməlidir".VOİCEPRESS xəbər verir ki, bunu…

|
“Azərbaycan və Avstraliya ticarət əlaqələrini artırmalıdır”

“Azərbaycan və Avstraliya ticarət əlaqələrini iki ölkə arasındakı mövcud siyasi münasibətlərin səviyyəsinədək yüksəltməlidir”.

VOİCEPRESS xəbər verir ki, bunu Bakıda Azərbaycan-Avstraliya biznes forumunda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq müddətində ölkələr yaxşı siyasi əlaqələr təşkil edə bilib, lakin Azərbaycanla Avstraliya arasındakı ticarət dövriyyəsi bu səviyyəyə uyğun deyil: “Azərbaycanın çoxlu ideya və layihələri var ki, bunlar Avstraliyadan olan həmkarlarımızı maraqlandıra bilər”.

AZPROMO rəhbəri qeyd edib ki, bu gün Avstraliya şirkətləri əsasən, Azərbaycanın neft-qaz sektorunda işləyir, amma Azərbaycan iqtisadiyyatın qeyri-neft sektorunda da bir çox digər layihələr təklif edə bilər.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR