DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan Səudiyyə Ərəbistanına süd ixrac edəcək

Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər. VOİCEPRESS.AZ xəbər verir ki, bunu “Trend”ə Süd və Süd Məhsulları İstehsalçıları və…

|
Azərbaycan Səudiyyə Ərəbistanına süd ixrac edəcək

Azərbaycan Səudiyyə Ərəbistanına süd tədarükünə başlaya bilər. VOİCEPRESS.AZ xəbər verir ki, bunu “Trend”ə Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov deyib.

Onun sözlərinə görə, iki Azərbaycan şirkəti süd məhsulları ixrac edir – “Atena” şirkəti Yaxın Şərq ölkələrinə, “MPro” isə Rusiyaya.

S.Eyyubov qeyd edib ki, Assosiasiya qarşısında dayanan əsas məsələ daxili bazarın süd və süd məhsulları ilə təmin olunması, eləcə də bu məhsul üçün yeni standartların tətbiq olunmasıdır.

O əlavə edib ki, ölkədə südlük heyvandarlığın inkişafının stimullaşdırılması üçün addımlar atılır.

Qeyd edək ki, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası 2018-ci ilin yanvarında yaradılıb. Hazırda Assosiasiya 20 şirkəti özündə birləşdirir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR