DOLAR
50,12 ₺
EURO
56,34 ₺
STERLİN
67,64 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Yazarlar Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

AzMİU-da Zəfər Günü qeyd olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

|
AzMİU-da Zəfər Günü qeyd olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetdən VOİCEPRESS-ə bildirilib ki, tədbirdə Vətən müharibəsi iştirakçıları - polkovnik Bəhruz Hüseynov, polkovnik-leytenant Nahid Nəcəfov, polkovnik-leytenant Bəhruz Məmmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxışdan bir hissə nümayiş etdirilib.

Tədbirdə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın, xalqımızın birliyinin və milli həmrəyliyinin tarixi Qələbənin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. Zəfərin gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlılıq əsasında yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Vətən müharibəsi iştirakçısı, polkovnik Bəhruz Hüseynov çıxışında müharibə dövründə Azərbaycan əsgərinin göstərdiyi şücaətdən, döyüş yoldaşlarının qəhrəmanlığından və Zəfərə aparan çətin, lakin qürurlu yoldan söz açıb. Tarixi Qələbənin hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacağını bildirən polkovnik gəncləri Vətənə bağlı, milli dəyərlərə sadiq və məsuliyyətli vətəndaşlar kimi yetişməyə çağırıb.

Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi iştirakçısı Elşad Babayev də müharibə dövründə yaşadığı təcrübələri bölüşüb. O, döyüş meydanında Azərbaycan əsgərinin nümayiş etdirdiyi iradə, birlik və fədakarlıqdan danışıb.

Daha sonra universitetin tələbələrindən ibarət bədii özfəaliyyət kollektivinin hazırladığı musiqili-bədii kompozisiya təqdim olunub. Vətənə məhəbbət, qəhrəmanlıq və Zəfər ruhunu əks etdirən kompozisiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir şəhidlərin xatirəsinə ehtiram, Vətən müharibəsi qəhrəmanlarına minnətdarlıq və tarixi Qələbənin əhəmiyyətinin bir daha vurğulanması ilə başa çatıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR