DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Azərbaycan diaspor təşkilatı Avstriyanın Zaltsburq şəhərində bayram tədbiri keçirib

Avstriyanın Zaltsburq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.VOİCEPRESS.AZ xəbər verir ki, Avstriya…

|
Azərbaycan diaspor təşkilatı Avstriyanın Zaltsburq şəhərində bayram tədbiri keçirib

Avstriyanın Zaltsburq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri və digər diaspor təşkilatlarının üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.

Sonra Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbiri açıq elan edərək, iştirakçılara Cəmiyyətin məqsəd və məramı barədə məlumat verib. Həmrəylik Günü barədə danışan F.Əzizov bu gün xaricdə yaşayan soydaşlarımız arasında birliyin nə qədər vacib olmasını vurğulayıb, onların yaşadıqları ölkədə yerli mühitə inteqrasiya edərək, Azərbaycan haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmağa çağırıb.

Avstriyada yaşayan azərbaycanlı iş adamı Rauf Kamil müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın uğurlarından söz açıb və təşkilata fəaliyyətində uğurlar arzulayıb.

Sonda tədbirdə iştirak edən körpələrə hədiyyələr təqdim olunub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR