DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Avstriya Bakıda azad ticarət zonasına böyük maraq göstərir

Avstriya şirkətləri Bakının Ələt qəsəbəsində yaradılan azad ticarət zonasına böyük maraq göstərirlər. VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Azərbaycanın…

|
Avstriya Bakıda azad ticarət zonasına böyük maraq göstərir

Avstriya şirkətləri Bakının Ələt qəsəbəsində yaradılan azad ticarət zonasına böyük maraq göstərirlər. VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov deyib.

Diplomat bildirib ki, avstriyalı biznesmenlərin hazırda Azərbaycanda daha çox sərmayə yatırmaq istədikləri sahələr nəqliyyat sektoru, xüsusən Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır.

Səfirin sözlərinə görə, Avstriya şirkətləri eləcə də turizm sahəsində əməkdaşlıqda maraqlıdırlar.

Q.İsrafilov deyib: “Avstriyanın biznes-dairələrinin nümayəndələri eləcə də Azərbaycanda aqrar sektora da sərmayə yatırmaq istərdilər”.

Azərbaycan sərmayələrinin Avstriyaya yatırılmasından danışan səfir bu sərmayələrin əsasən turizm sektoruna yatırıldığını qeyd edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycan və Avstriya arasında mal dövriyyəsi 2017-ci ildə 59,9 milyon dollar təşkil edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR