15 oktyabrda Albaniyanın paytaxtı Tiranada 20 və 23 yaşadək ağırlıqqaldıranlar arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan yığmalarının heyətləri açıqlanıb.
VOİCEPRESS xəbər verir ki, Federasiyanın Mətbuat xidmətindən report-a verilən məlumata görə, bir həftəyədək davam edəcək yarışda 9 atlet mübarizə aparacaq.
VOİCEPRESS xəbər verir ki, Federasiyanın Mətbuat xidmətindən report-a verilən məlumata görə, bir həftəyədək davam edəcək yarışda 9 atlet mübarizə aparacaq.
Elnarə Abbasova (63 kq), Ruslan Rzazadə (56 kq), Məhəmməd Məmmədli və Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn Rüstəmov (94 kq) U-20-nin heyətində yer alıblar. 23 yaşadək atletlərin yarışında isə Azərbaycanı Mərziyyə Məhərrəmova (48 kq), Paşa İbrahimli (69 kq) və Azər Məmmədli (+105 kq) təmsil edəcəklər.
Qeyd edək ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir.
VOİCEPRESS.AZ