DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş

Almaniyada hərbi tərcüməçiyə İrana işləməklə bağlı ittiham irəli sürülüb.VOİCEPRESS.AZ -ın verdiyi xəbərə görə, Almaniya Federal prokurorluğu Almaniya və…

|
Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş

Almaniyada hərbi tərcüməçiyə İrana işləməklə bağlı ittiham irəli sürülüb.

VOİCEPRESS.AZ -ın verdiyi xəbərə görə, Almaniya Federal prokurorluğu Almaniya və Əfqanıstan vətəndaşı sayılan bir şəxsin dövlətə xəyanət və dövlət sirri haqqında qanunları pozmaqda təqsirləndirildiyini bildirib.

Rəsmi məlumatda bəhs olunan vətəndaş şərti olaraq Əbdül Həmid S. adlandırılıb. O, bir neçə il Almaniya ordusunda tərcüməçi vəzifəsində çalışıb və hətta müşavir olaraq fəaliyyət göstərib.

Verilən məlumatlarda onun bu ilin yanvarın 15-də həbs olunduğu və təhlükəsizlik səbəblərindən indiyə qədər nəzarət altında saxlanıldığı qeyd olunur.

“Spiegel Online” saytının məlumatına görə, Əbdül Həmidin bir çox məxfi materiallara, o cümlədən Alman ordusunun Əfqanıstandakı missiyasına dair fayllara çıxışı olub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR