Almaniya Ukraynaya silah tədarük etməyəcəyini açıqladı.
Voice Press Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın İqtisadiyyat naziri Robert Habek açıqlama verib. O bildirib ki, heç bir halda Almaniya Ukraynaya silah tədarük etməyəcək.
Qeyd edək ki, Ağ Evin mətbuat xidmətinin rəhbəri Cen Psaki də bir neçə gün əvvəl, ABŞ-ın Rusiyanın Ukrayna ilə müharibə edəcəyi təqdirdə Ukraynaya heç bir halda əsgər göndərməyəcəyini bildirmişdi.
Xatırladaq ki, cümə axşamı günü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.