DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Alman polisi 7 azərbaycanlını həbs edib

Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7…

|
Alman polisi 7 azərbaycanlını həbs edib

Almaniyanın Deggendorf şəhərinin polisi Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında baş vermiş kütləvi dava nəticəsində 7 azərbaycanlının barəsində həbs qətimkan tədbiri qərarı verib.

VOICEPRESS.AZ yerli mediaya istinadən xəbər verir ki, Azərbaycandan olan 27, 34, 37 və 39 yaşlı yeddi vətəndaşa qarşı polisə müqavimət ittihamı ilə həbs qərarı seçilib.

Məlumata görə, digər 38 yaşlı azərbaycanlı isə İtaliyaya deportasiya olunması üçün hazırda həbsdədir.

Qeyd edilir ki, azərbaycanlılarla yanaşı 28 yaşlı bir nigeriyalı da həbs edilib.

Xatırladaq ki, Almaniyanın Bavariya şəhərində sığınacaq axtaran Nigeriya və Azərbaycan mühacirləri arasında kütləvi dava baş verib. Qarşıdurma zamanı 3 düşərgə gözətçisi və 2 polis əməkdaşı daxil olmaqla 9 nəfər yaralanıb. Eyni zamanda qaçqın düşərgəsinin binasına ciddi maddi ziyan vurulub.

VOICEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR