VOİCEPRESS xəbər verir ki, bunu Bakı Şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev “İslam Həmrəyliyi: Azərbaycan örnəyi” adlı konfransdakı çıxışında deyib.
“Tarix boyu Azərbaycana qara yaxmaq istəyən qurumlar, ölkələr olub, var və olacaq da. Amma biz öz evimiz bildiyimiz Azərbaycanın xoşbəxtliyi üçün birlik, həmrəy olsaq, heç bir təbliğat, heç bir siyasət öz istəyinə çata bilməyəcək. Müdriklər deyib ki, həyat sonsuzdur, ömür isə qısa. Hər insan öz əməlləri ilə yadda qalır. Avropa Şurası bəzi qurumların Azərbaycan əleyhinə mənbəsiz informasiyalarına inam göstərir. Öz gözündə tiri görməyən başqasının gözündə çöp axtarır. Allah hər zaman Azərbaycanı qoruyub, dinə ürəkdən bağlı insanları qoruyub, qoruyacaqda. İslam Həmrəyliyinin Azərbaycan örnəyi ölkədə bu sahədə qazanılan bütün nailiyyətləri bir araya toplayaraq bizə qarşı iddialar irəli sürən bütün qurumlara layiqli cavab verdi”.
VOİCEPRESS.AZ