DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ Somaliyə hava zərbələrini artırıb

ABŞ Somalidə fəaliyyət göstərən "Aş-Şabab" terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.VOİCEPRESS.AZ "Anadolu" agentliyinə istinadən xəbər verir…

|
ABŞ Somaliyə hava zərbələrini artırıb

ABŞ Somalidə fəaliyyət göstərən “Aş-Şabab” terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.

VOİCEPRESS.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.

Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.

ABŞ hərbçiləri son həftə ərzində Somaliyə 5 hava zərbəsi endirib. Nəticədə “Aş-Şabab” qruplaşmasının 26 silahlısı zərərsizləşdirilib.

Yanvarın 7-də ABŞ-ın Somaliyə endirdiyi hava zərbəsi nəticəsində “Aş-Şabab” terror qruplaşmasının 6 yaraqlısı məhv edilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR