DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi – RƏSMİ

ABŞ senatorları Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Ben Salmanın jurnalist Camal Kaşıkçının ölümündə birbaşa məsuliyyət daşıdığını ifadə edən qətnamə qəbul…

|
ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi – RƏSMİ

ABŞ senatorları Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Ben Salmanın jurnalist Camal Kaşıkçının ölümündə birbaşa məsuliyyət daşıdığını ifadə edən qətnamə qəbul ediblər.

VOİCEPRESS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu sənəd ABŞ Senatının rəsmi saytında yerləşdirilib.

“Səudiyyə hakmiyyətinin jurnalistin ölümü ilə bağlı yalan açıqlamaları Vaşinqtonla Ər-Riyad arasında dostluğa zərbə vurur. Səudiyyə Ərəbistanı hakimiyyətini Kaşıkçının qatillərini taparaq cəzalandırmağa çağırırıq”- deyə açıqlamada deyilir.

Xatırladaq ki, “Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olmuş və bir daha oradan çıxmamışdı. Jurnalistin öldürülərək cəsədinin gizli yerdə dəfn olunduğu ehtimalı var.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR