DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ-da yük maşını izdihamın içərisinə soxulub: ölənlər və yaralananlar var

Yeni ildən qabaq Almaniyada baş vermiş terror hücumunun oxşarı ABŞ-ın Kentukki ştatında da baş verib. Luisvill şəhərində yük maşını insan izdihamının içərisinə…

|
ABŞ-da yük maşını izdihamın içərisinə soxulub: ölənlər və yaralananlar var

Yeni ildən qabaq Almaniyada baş vermiş terror hücumunun oxşarı ABŞ-ın Kentukki ştatında da baş verib. Luisvill şəhərində yük maşını insan izdihamının içərisinə sürülüb, nəticədə iki nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

VOİCEPRESS-in verdiyi xəbərə görə, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, nəqliyyat vasitəsinin sürücüsü sükan arxasında sərxoş olub. Ekspertiza nəticəsində 37 yaşlı Çad Erdeleyin qanında spirt səviyyəsinin icazə verilən normadan beş dəfə artıq olduğu müəyyənləşib.

Qeyd edilib ki, Ç.Erdley avtomobili “La Movida” və “O’Dolly” gecə klublarının bayıra çıxan ziyarətçilərinin üzərinə sürüb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR