DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Ankarada Türkiyə Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb. VOİCEPRESS.az xəbər verir ki, bu barədə…

|
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Ankarada Türkiyə Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşüb.

VOİCEPRESS.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı O kənarlaşdırıldığı F-35 döyüş təyyarəsi proqramı ilə bağlı məsləhətləşmələr aparılıb.

“ABŞ hakimiyyəti Türkiyənin F-35 proqramında əvvəlki iştirakı ilə bağlı məsələləri hörmətlə başa çatdırmaq niyyətindədir. Müzakirələr məhsuldar olub və nümayəndə heyətləri yaxın aylarda Vaşinqtonda yenidən görüşməyi planlaşdırır”, – deyə Pentaqon bildirib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri almasından sonra ABŞ onu F-35 proqramından çıxarıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan proqram üçün ödənilən 1.4 milyard dolları geri almaq niyyətində olduğunu bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR