DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

ABŞ Ukraynanı bir ildir şəhəriçi döyüşlərə hazırlayırmış – ABŞ mediası siyahı yayımladı

Amerikanın Ukraynaya göndərdiyi silahların siyahısı mediaya sızıb. Voicepress.az xəbər verir ki, sözügedən sənədlər “The Washington Post” tərəfindən yayımlanıb…

|
ABŞ Ukraynanı bir ildir şəhəriçi döyüşlərə hazırlayırmış – ABŞ mediası siyahı yayımladı

Amerikanın Ukraynaya göndərdiyi silahların siyahısı mediaya sızıb.

Voicepress.az xəbər verir ki, sözügedən sənədlər “The Washington Post” tərəfindən yayımlanıb və bildirilib ki, son bir ildir ABŞ Ukraynaya ciddi silah sistemi tədarük edib. Yayımlanan sənədlərə görə Pentaqon dekabr ayından etibarən Ukraynaya  təyyarələrə qarşı roketlərlə yanaşı, həmçinin piyada tüfəngləri, bomba zərərləşdirilməsi mütəxəssislərindən ibarət donanma, şəhəriçi döyüşlərə uyğun silah sistemləri və xüsusi geyimlər göndərib. Bu da onu göstərir ki, ABŞ Ukraynada qarşıdurmanın şəhəriçi döyüşlərə çevriləcəyini əvvəlcədən hesablamışdı.

Qəzetdə yer alan digər bir məlumata görə ABŞ Ukraynaya təhlükəsizlik yardımı göstərən 14 ölkədən biridir. Digər ölkələrdən transferlərə zireh və zenit sistemləri daxildir. Yüksək səviyyəli müdafiə rəsmisi bildirib ki, keçən il ABŞ Ukraynaya 1 milyard dollardan çox hərbi yardım ayırıb.

“The Washington Post”un verdiyi siyahıya əsasən, minaatan radarları, təhlükəsiz rabitə bölmələri, elektron avadanlıq, tibbi avadanlıq, ən azı doqquz patrul kateri və 5 Mi-17 nəqliyyat helikopteri də ABŞ tərəfindən Ukraynaya tədarük edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR