“Twitter” Xamneyinin hesabını bağladı

13 Ocak, 12:26

“Twitter” sosial şəbəkəsi İranın ali lideri Əli Xamneyinin ingilisdilli hesabını bağlayıb.

VOİCEPRESS-ın məlumatına görə, Ə.Xamneyinin hesabını açarkən ingilis dilində “Diqqət: bu hesabın aparılması müvəqqəti dayandırılıb” yazısı çıxır.

Bununla belə, ali liderin fars, fransız və ərəb dillərində olan hesabları fəaliyyətini davam etdirir.