“Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zaman deyib.
“Media subyektlərinə dəstək olaraq, bu, az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək. Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Etiraf edək ki, sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanun, vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”,- deyə komitə sədri bildirib.