2023-cü ildə daha 9 ölkə Fələstinin müstəqilliyini tanıya bilərr.
Bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
Fələstin lideri Mahmud Abbas daha əvvəl demişdi ki, Fələstinin tanınması regionda sülhün açarıdır. Hazırda 138 dövlət Fələstinin müstəqilliyini tanıyır.
“Tanınma məsələsi davam edən prosesdir. Biz buna çox ciddi yanaşırıq və istəyirik ki, Fələstini tanıyan ölkələrin sayı 2023-cü ildə 155-ə çatsın. 2023-cü ildə 9 ölkənin Fələstini tanımasını gözləyirik”, – əl-Maliki bildirib.
Fələstinli nazir iki həftə ərzində adı açıqlanmayan Afrika ölkəsinə səfər edəcəyini və səfərinin sonunda Fələstinin tanınacağınınını elan ediləcəyini gözlədiyini bildirib.
“İndi biz Amerikada başqa bir ölkə ilə də işləyirik, onlar da tanınma işi üzərində işləyirlər”.
Fələstin XİN rəhbəri əlavə edib ki, Qərbi Avropanın 7-8 ölkəsi ilə də bu məsələ ilə bağlı iş aparılır.